Azərbaycan iri fermer təsərrüfatlarının yaradılmasını genişləndirir

Azərbaycan iri fermer təsərrüfatlarının yaradılmasını genişləndirir
# 15 may 2012 10:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan kənd təsərrüfatı sahəsində iri fermer təsərrüfatlarının yaradılmasını genişləndirmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

Onun sözlərinə görə, iri fermer təsərrüfatlarının yaradılması istiqamətində artıq işlərə başlanılıb və ilkin mərhələdə ərazilər müəyyənləşdirilib: «Belə ki, Beyləqan və Ağcabədi rayonlarında 4 800 hektar ərazi qışlaqlar üçün müəyyənləşdirilib. Lazımi işlər keçirilir və yaxın vaxtlarda burada meliorativ işlərə başlanacaq. İlkin pilot təsərrüfat öz müsbət nəticəsini verdikdən sonra, digər sahələrdə də iri fermer təsərrüfatları yaradılacaq».

Nazir onu da bildirib ki, ölkənin biçin sahəsində 2012-ci ildə heç bir problem yaşanmayacaq: «Hazırda Azərbaycanda 2 600-dən çox, o cümlədən 1 030 ədəd «Aqrolizinq» ASC-yə məxsus kombayn mövcuddur. Bütün kombaynlar işlək vəziyyətdə gözləyir ki, biçinə başlanılsın. Bu sahədə heç bir problem olmayacaq».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR