Türkiyəli nazir: “Təəssüf ki, Ermənistan hökuməti Ərdoğanın təklifini qəbul edəcək qədər cəsarətli ola bilmədi”

Türkiyəli nazir: “Təəssüf ki, Ermənistan hökuməti Ərdoğanın təklifini qəbul edəcək qədər cəsarətli ola bilmədi”
# 04 fevral 2012 14:12 (UTC +04:00)
Gəlin bütün arxivlərimizi açaq, iki ölkənin və üçüncü ölkələrin tarixçilərindən ibarət komissiya yaradaq. Bu elm adamları hesabat hazırlasınlar, hesabata baxaq və qərarımızı verək” deyən ilk türk siyasətçisidir. Amma təəssüf ki, Ermənistan hökuməti bu təklifi qəbul edəcək qədər cəsarətli ola bilmədi”. APA-nın xəbərinə görə, bunu Türkiyənin Avropa Birliyi naziri Egemen Bağış Qətərin “Əl Cəzirə” telekanalına müsahibəsində deyib. Türkiyəli nazir jurnalistin “1915-ci ildə baş verənlərlə bağlı gələcəkdə üzr istəməyi düşünürsünüzmü?” sualına belə cavab verib: “Əgər yekdilliklə qəbul edilmiş tarixi və elmi baxımdan sübut olunmuş bir gerçəkdirsə, niyə də yox? Hansı millətin tarixi yüz faiz təmizdir, deyə bilərsinizmi? Əvvəlcə nə olduğunu ortaya çıxarmağımız lazımdır. Bizim arxivlərimiz, türk elm adamlarının araşdırdığı arxivlər bir soyqırımı olmadığını açıq şəkildə göstərir”.
Nazir Fransa Senatı tərəfindən qəbul edilmiş qondarma “erməni soyqırımı”nı inkar edənlərə qarşı cəza nəzərdə tutan qanun layihəsini prezident Sarkozinin də imzalayacağı təqdirdə Türkiyənin nə edəcəyi ilə bağlı suala isə “Türkiyənin nələr edəcəyini bilmək üçün xəyal gücünüzdən istifadə edin” cavabını verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR