Azərbaycanla Avstriya arasında turizm sahəsində əməkdaşlıq sazişi imzalanacaq
27 sentyabr 2012 10:22 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Vyanada səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir sıra görüşlər keçirib. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Ə. Qarayev Avstriyanın iqtisadiyyat, ailə və gənclər üzrə federal naziri Reinhold Miterlenerlə görüşüb. Görüşdə ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib. Əbülfəs Qarayev bildirib ki, Avstriya ilə Azərbaycan arasında turizm sahəsində əlaqələrin inkişafı üçün böyük imkanlar mövcuddur və Avstriyanın bir çox şirkətləri ölkəmizdə turizm infrastrukturunun qurulmasında yaxından iştirak edir. Qusar rayonunda qış-yay dağ-idman turist kompleksinin inşasında Avstriya şirkətlərinin iştirakını xüsusilə vurğulayan nazir Azərbaycan Turizm İnstitutu və Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında turizm və asudə vaxt menecmenti üzrə bakalavr proqramına dair əməkdaşlıq sazişinin imzalandığını və bu istiqamətdə əlaqələrin inkişaf etdirildiyini nəzərə çatdırıb. Avstriyalı nazir isə öz növbəsində Azərbaycanla turizm sahəsində əlaqələrin inkişafını vacibliyini qeyd edərək bu sahədə intensiv görüşlərin əhəmiyyətini vurğulayıb.
Görüşdə iki ölkə arasında turizm sahəsində sazişin imzalanması və işçi qrupun yaradılması barədə razılıq əldə olunub.
Mədəniyyət və turizm naziri səfər çərçivəsində həmçinin “Atlantis” şirkəti və Krems Universitetinin nümayəndələri ilə görüşlər keçirib, “Circle Diplomacy” jurnalına müsahibə verib.
Görüşdə iki ölkə arasında turizm sahəsində sazişin imzalanması və işçi qrupun yaradılması barədə razılıq əldə olunub.
Mədəniyyət və turizm naziri səfər çərçivəsində həmçinin “Atlantis” şirkəti və Krems Universitetinin nümayəndələri ilə görüşlər keçirib, “Circle Diplomacy” jurnalına müsahibə verib.
Turizm
Kopenhagen-Tokio reysi üzrə uçan təyyarə Bakıya təcili eniş edib
21:58
9 may 2024
DTA: Gələn il turizm sektoru üçün gərgin dövr olacaq
10:52
8 may 2024
Bu il Azərbaycandan xaricə hava yolu ilə 1 mln. sərnişin daşınıb
17:47
7 may 2024
Azərbaycan Körfəz ölkələri arasında ən çox səyahət edilən ölkə seçilib
16:45
7 may 2024