Azərbaycanın hakim partiyası: “Ermənistanın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıması Minsk Qrupunun ölüm hökmü olardı”

Azərbaycanın hakim partiyası: “Ermənistanın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıması Minsk Qrupunun ölüm hökmü olardı”
# 05 sentyabr 2012 13:14 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu YAP-ın saytına açıqlamasında partiyanın sədr müavini-icra katibi Əli Əhmədov deyib. O bildirib ki, prezidentin əfv sərəncamı həm müvafiq beynəlxalq müqavilələrə, həm də ölkə qanunvericiliyinə tam uyğundur: “Hesab edirəm ki, indiki halda dünya birliyini və beynəlxalq təşkilatları daha çox erməni terror təşkilatı ASALA-nın Azərbaycan və türk diplomatlarını kütləvi surətdə qətlə yetirmək barədə yaydığı bəyanat narahat etməlidir. Erməni terror təşkilatlarının bu sahədə “zəngin təcrübəsi” hamıya yaxşı məlumdur”.

Ermənistan parlamentində Dağlıq Qarabağın tanınması məsələsinin müzakirəyə çıxarılmasına münasibət bildirən YAP-ın sədr müavini hesab edir ki, belə bir addımın atılması faktiki olaraq ATƏT-in Minsk Qrupunun ölüm hökmü olardı: “Mən heç də Minsk Qrupunun qayğısına qalmaq fikrində deyiləm. Onsuz da bu qurum 20 ildir fəaliyyətsizdir, lakin bu “fəaliyyətsizlik” ermənilərin xeyrinə işləyir. Düşünmürəm ki, Ermənistan rəhbərliyi daha çox onların marağına uyğun hərəkət edən Minsk Qrupunun fəaliyyətinə xitam verəcək addımı atsın. Rusiyanın və Fransanın buna razılıq verəcəyinə inanmaq çətindir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR