Avropadakı böhran “Volkswagen”in satış həcminin artmasına mane olmur
13 iyul 2012 16:54 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin birinci yarısında Almaniyanın “Volkswagen Group” avtokonserninin satış həcmi illik müqayisədə 8,9% artaraq 4,09 mln. ədəddən 4,45 mln. ədədə yüksəlib. “APA-Economics”in xəbərinə görə, bu barədə şirkətin yaydığı açıqlamada bildirilir.
Hesabat dövründə “Volkswagen”in Avropa bazarında satışı 1,8% artaraq 1,93 mln. ədədə çatıb. Amma Almaniyanın özünü çıxsaq, Qərbi Avropada konsernin satış həcmi 5,7% azalaraq 1,01 mln. ədədə enib. Şirkətin daxili bazarı sayılan Almaniyada isə satış 4,4% artaraq 606 100 ədədə çatıb.
Qeyd edək ki, “Volkswagen Group” avtomobil konserni “Volkswagen”, “Audi”, “Seat”, “Skoda”, “Bentley”, “Bugatti”, “Lamborghini” və “Scania” brendli avtomobillər istehsal edir. Şirkətin dünya üzrə 62 zavodu var və 153 ölkədə satış həyata keçirir.

İnfrastruktur
Azad olunmuş ərazilərin yenidən qurulması, bərpasına ayrılan vəsait 27% artırılacaq
22:43
24 may 2024
Azad olunmuş ərazilərə iyun ayı üçün avtobus biletləri satışa çıxarılır
17:13
24 may 2024
Ev almaq istəyənlərinə nəzərinə - cəmi 15.655 manat ilkin ödənişlə 3 otaq studiya mənzillər
15:02
24 may 2024
AZAL: Gələn aydan əcnəbilər Gürcüstana yalnız səyahət sığortası ilə giriş edə biləcək
13:13
24 may 2024