Nazir: Tətbiqi elmlər sahəsində yeni ixtisasların açılmasına ehtiyac var

Elm və təhsil naziri Emin Əmrullayev

© APA | Elm və təhsil naziri Emin Əmrullayev

# 27 may 2024 10:22 (UTC +04:00)

Tətbiqi elmlər sahəsində yeni ixtisasların açılmasına ehtiyac var

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda deyib.

"Milli təhsil sistemi olaraq bu mövzudan kənarda qalmamalıyıq. Biz adətən çalışırıq yeni tendensiyalara uyğun yeni ixtisaslar yaradaq. Hansı sahə olursa-olsun fundamental elm olduqca vacibdir. Tətbiqi elmlər sahəsində yeni ixtisasların açılmasına ehtiyac var" - o qeyd edib.

Nazir bildirib ki, milli təhsil sistemi olaraq yeniliklərdən geri qalmamalıyıq:

"Yaşıl bacarıqların formalaşdırılmasına ümumi və ali təhsildən başlamaq lazımdır. Yaşıl təhsil özlüyündə yenidir, prosesin düzgün qurulması işləri davam edir. Biz uğurlu ola bilsək, PISA (Programme for International Student Assessment) beynəlxalq şagird qiymətləndirilməsi proqramının növbəti mərhələsində ətraf mühit savadlılığı üzrə göstərici bunu ifadə edəcək. Bilirsiniz ki, PISA 15 yaşlı uşaqlar arasında monitorinqin nəticəsini əks etdirir. COP29 konfransı bitəndən sonra nəticə olaraq şagirdlər arasında iqlim savadlılığı artacaq. Bu sahədə bizim vəzifəmiz tənzimləyici alətləri müəyyən edib, tətbiq etməkdir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR