Moskvada Mehriban Əliyevaya humanitar sahədə fəaliyyətinə görə “Birliyin ulduzları” dövlətlərarası mükafatı təqdim edilib - FOTOSESSİYA
13 aprel 2012 11:38 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, mükafatın təqdimetmə mərasimi Rusiya Dövlət Kitabxanasının Paşkov Evində keçirilib.
Mərasimdə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, baş nazirin birinci müavini Yaqub Eyyubov, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və MDB ölkələrinin nüfuzlu, vəzifəli şəxsləri iştirak ediblər.
MDB üzü olan ölkələrin Humanitar Əməkdaşlıq Şurası və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis olunan “Biriliyin ulduzları” mükafatını Mehriban Əliyevaya Sergey Narışkin təqdim edib.
Mərasimi giriş sözü ilə açan Sergey Narışkin MDB məkanında humanitar və mədəniyyətlərarası əməkdaşlığın vacibliyindən danışıb. “Birliyin ulduzları” mükafatına layiq görülənlərin bu sahədə böyük əməyi olduğunu söyləyən S. Narışkin Mehriban Əliyevanın təhsil, sosial, mədəniyyət, humanitar sahədə, xüsusilə də MDB ölkələrinin xalqlarının inteqrasiya prosesinə verdiyi töhvələrin çox böyük olduğunu bildirib.
Mehriban Əliyeva çıxışında ona verilən mükafatı Azərbaycanın müxtəlif sahələrdə qazandığı uğurlara verilən diqqət və hörmət kimi qəbul etdiyini söyləyib.
Qeyd edək ki, “Birliyin ulduzları” dövlətlərarası mükafatı hər il elm və təhsil, mədəniyyət və incəsənət, humanitar fəaliyyət sahəsində MDB ölkələri arasında humanitar əməkdaşlığa böyük töhfə vermiş şəxslərə təqdim olunur.

Xarici siyasət
Mirzoyan Borellə Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib
22:02
25 may 2024
Azərbaycan XİN İordaniyanın Milli Bayramı münasibətilə təbrik ünvanlayıb
20:14
25 may 2024
Əli Əsədov İtaliyanın Baş prokuroru ilə görüşüb
13:59
25 may 2024
Bayden: Azərbaycan və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışlayırıq
12:35
25 may 2024