Gəncədən Naxçıvana uçan təyyarə hava şəraiti ilə əlaqədar geri qayıdıb

Gəncədən Naxçıvana uçan təyyarə hava şəraiti ilə əlaqədar geri qayıdıb
# 29 iyun 2012 15:21 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «Azərbaycan Hava Yolları» (AZAL) aviaşirkətindən bildirilib.

Şirkətdən verilən məlumata görə, Naxçıvana dolu yağıb və bununla əlaqədar bu gün saat 14:00-da yerinə yetirilməli Bakı-Naxçıvan aviareysi yalnız saat 17:40-da havaya qalxıb: «Cədvəl üzrə növbəti Bakı-Naxçıvan aviareys saat 19:00-da yerinə yetirilməlidir. Lakin sözügedən reysi yerinə yetirən təyyarə saat 17:40-da Naxçıvana uçub. Əgər bu reysə digər təyyarə verilərsə, onda aviareys cədvəl üzrə, yəni saat 19:00-da həyata keçiriləcək. Saat 17:40-da Naxçıvana uçan təyyarəni gözləməli olsaq, 19:00-dakı reys axşam saat 22:00-dan tez yerinə yetirilməyəcək».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR