Nümayişçilər Panama parlamentinin binasını ələ keçiriblər

Nümayişçilər Panama parlamentinin binasını ələ keçiriblər
# 07 sentyabr 2012 03:49 (UTC +04:00)
Bakı-APA. Panama parlamentinin iclası zamanı onlarla nümayişçi zala hücum edib.

Parlamentin sədri Serxio Qalvesin bildirdiyinə görə, deputatlar bağlı qapılar arxasında keçirilən iclası yarımçıq qoymağa məcbur olublar. İclasda Konstitusiyaya dəyişikliklər müzakirə olunurmuş.

Müxalifətçilər prezident Rikkardo Martinellinin təklif etdiyi Konstitusiya dəyişikliklərinin demokratiya üçün təhlükə olduğunu və hakim partiyanın qələbəsi üçün əlverişli şərtlər yaratdığını iddia edirlər
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR