Bakıda Model Avtomagistral Layihəsinin Azərbaycan hissəsində aparılan monitorinqin nəticələri ilə bağlı iclas keçirilib

Bakıda Model Avtomagistral Layihəsinin Azərbaycan hissəsində aparılan monitorinqin nəticələri ilə bağlı iclas keçirilib
# 31 oktyabr 2012 09:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Nəqliyyat Nazirliyində Model Avtomagistral Layihəsinin Azərbaycan ərazisindən keçən hissəsinə dair aparılan monitorinqin nəticələrinə dair Nəqliyyat Nazirliyi ilə Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı tərəfindən iclas keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) tərəfindən Böyük İpək Yolu üzrə beynəlxalq avtomobil daşımalarının inkişaf etdirilməsi üçün daha səmərəli və təhlükəsiz şəraitin yaradılması məqsədilə Bakı-Tbilisi-Batumi-Trabzon marşrutunda Model Avtomagistral Layihəsinin yaradılması təşəbbüsünün həyata keçirilməsi ilə əlaqədar olaraq, Qara Dəniz Dairəvi Avtomagistralının Texniki Katibliyi funksiyalarını həyata keçirən Yunanıstanın «Egnatia ODOS S.A.» şirkətinin nümayəndələri qeyd edilən marşrutun hər üç ölkənin ərazisindən keçən hissələrində yerli mütəxəssislərin iştirakı ilə layihə öncəsi monitorinq həyata keçirib.

Monitorinq avtomobil yollarının və yolkənarı yardımçı infrastrukturun mövcud vəziyyəti, sərhəd-keçid proseduraları və bu məqsədlə yaradılmış infrastruktur barədə məlumat əldə etmək və onların daha da inkişaf etdirilməsi və səmərəli təşkili ilə bağlı tövsiyələr hazırlamaq məqsədilə aparılıb.

Tədbirdə Azərbaycanın müvafiq dövlət orqanlarının səlahiyyətli nümayəndələri ilə yanaşı bir sıra beynəlxalq maliyyə və nəqliyyat qurumlarının rəsmiləri də iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR