Şirvan şəhərində 17 yaşlı oğlan intihar edib

Şirvan şəhərində 17 yaşlı oğlan intihar edib
# 29 aprel 2012 14:17 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Şirvan şəhərində 17 yaşlı oğlan intihar edib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, ötən gün 1995-ci il təvəllüdlü Quluzadə Rafiq Malik oğlu Kür çayının Şirvan şəhərindən keçən hissəsində intihar məqsədilə özünü çaya atıb.

Dərhal FHN-nin dalğıc-xilasediciləri hadisə yerinə cəlb ediliblər.

R. Quluzadənin ən yaxın xilasetmə məntəqəsindən, təxminən 10 km aralıda, nəzarətsiz ərazidə batdığı ehtimal olunur və axtarışları davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR