İranın müdafiə naziri: “İranla Suriya arasında müdafiə sahəsində imzalanmış saziş hələ qüvvədədir”

İranın müdafiə naziri: “İranla Suriya arasında müdafiə sahəsində imzalanmış saziş hələ qüvvədədir”
# 23 avqust 2012 14:20 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın müdafiə naziri, general-mayor Əhməd Vahidi Suriya ilə müdafiə sahəsində imzaladıqları sazişin hələ qüvvədə olduğunu bildirib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, Ə. Vahidi deyib ki, Suriya rəhbərliyi hələlik iki ölkə arasında imzalanmış müdafiə sahəsindəki sazişin tətbiq olunması üçün İran tərəfinə müraciət etməyib: “Yəni Suriya İrandan hələlik yardım istəməyib”.

Qeyd edək ki, İran və Suriya 15 iyun 2006-cı ildə tarixində müdafiə sahəsində saziş imzalayıb. Saziş İsrail və ABŞ-dan yönələcək ortaq təhdidlərə qarşı İran və Suriyanın birgə tədbir görməsini özündə ehtiva edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR