ABŞ və Kanadada “Sendi” qasırğasının qurbanlarının sayı 50-yə çatıb

ABŞ və Kanadada “Sendi” qasırğasının qurbanlarının sayı 50-yə çatıb
# 31 oktyabr 2012 12:32 (UTC +04:00)
Bakı-APA. ABŞ və Kanadada “Sendi” qasırğasının qurbanlarının sayı artmaqdadır. APA-nın məlumatına görə, müxtəlif agentlikləri qasırğa nəticəsində ölənlərin sayının 40-50 arasında dəyişdiyini bildirir. Nyu-York meri Maykl Blumberq təbii fəlakət nəticəsində 18 şəhər sakininin öldüyünü deyib. Ümumilikdə Karib hövzəsindən başlayaraq ABŞ və Kanada ərazisinə daxil olan qasırğanın qurbanlarının ümumi sayı 110 nəfərə çatıb. Hazırda qasırğa saatda 72 kilometr sürətlə Pensilvaniya ərazisindən Pittsburq şəhərinə doğru hərəkət etməkdədir. Sinoptiklər qasırğanın istiqamətini dəyişərək şimala doğru hərəkət edəcəyini və tam gücü ilə Kanadanı vuracağını proqnozlaşdırır. Artıq Miçiqan gölündə dalğaların hündürlüyü altı metrə çatıb. Təbii fəlakət nəticəsində ABŞ-da 7 milyon nəfər işıqsız qalıb. Onların 132 min nəfəri Vaşinqton sakinləridir. Nyu-Yorkda isə 3,5 milyon nəfər elektrik enerjisi ilə təchizatdan, su altında qalmış aşağı Manhettenin yarım milyona yaxın sakini isə rabitə əlaqəsi yaratmaq imkanlarından məhrumdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR