Nazir Natiq Əliyev: «Azəri-Çıraq-Günəşli» yataqlarında yeni quyular qazılmalıdır»

Nazir Natiq Əliyev: «Azəri-Çıraq-Günəşli» yataqlarında yeni quyular qazılmalıdır»
# 15 oktyabr 2012 08:23 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

N.Əliyev qeyd edib ki, AÇG-da hasilatın səviyyəsinin son illər ərzində azalması bu yataqlarda hasilat aparın konsorsiumun operatoru olan «BP-Azerbaijan» tərəfindən əsaslandırılmalıdır: «BP-Azerbaijan» şirkəti azalmanı aparılan texniki tədbirlərlə əlaqələndirir. Digər tərəfdən hər bir yatağın işlənməsinin elmi əsasları olmalıdır. Bu azalmanın səbəbləri ilə bağlı konkret diaqnoz qoyulmalı və lazımi tədbirlər görülməlidir».

Nazirin sözlərinə görə, ötən həftə dövlət başçısının sədrliyi ilə keçirilən hökumətin müşavirəsində prezident İlham Əliyev tərəfindən bununla bağlı ədalətli qiymət verilib və Azərbaycan Dövlət Neft Şirkəti prosesə nəzarəti gücləndirməlidir.

N.Əliyev həmçinin xatırladıb ki, BP şirkəti hər il hasilatla bağlı illik tədbirlər proqramı hazırlayır: «Və nəzərdə tutulan bütün proqnoz və tədbirlər özünü doğrultmalıdır».

Bununla yanaşı nazir əlavə edib ki, neft hasilatının azalması heç kimi qorxutmamalıdır: «Lakin bu cür əhəmiyyətli azalma anormaldır. Bunu aydınlaşdırmaq, prosesə geniş elmi dairələri cəlb etmək və yaranmış vəziyyətdən çıxış yolu tapmaq lazımdır».

Nazir həmçinin qeyd edib ki, bir neçə il öncə Azərbaycanda illik neft hasilatı pik həddə çataraq 51 mln. ton təşkil edib: «Əvvəllər, AÇG yataqlarının ehtiyatları 511 mln. ton həcmində qiymətləndirilən zaman illik hasilatın 35 mln. tona çatacağı proqnozlaşdırılıb. Lakin sonradan, ehtiyatların həcminin daha da artması nəticəsində hasilat səviyyəsinin hətta 65 mln. tona çatdırılması mümkün hesab olunub. Bu səbəbdən hesab edirəm ki, yataqda yeni quyular qazılmalıdır».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR