Texas ştatının Nümayəndələr Palatası Xocalı qətliamının 20-ci ildönümü ilə əlaqədar qətnamə qəbul edib

Texas ştatının Nümayəndələr Palatası Xocalı qətliamının 20-ci ildönümü ilə əlaqədar qətnamə qəbul edib
# 21 fevral 2012 08:51 (UTC +04:00)
APA-nın Vaşinqton müxbirinin məlumatına görə, qətnamədə bildirilir ki, 2012-ci il 26 fevral tarixi dünya azərbaycanlıları üçün anım günüdür. “Qətliam barədə ABŞ-ın xəbər nəşrlərində və “Human Rights Watch/Helsinki” təşkilatının hesabatlarında məlumat verilib”.

ABŞ-dakı Azərbaycan diaspora təşkilatları, o cümlədən USAN bu qətnaməni alqışlayıb və bildiriblər ki, 2012-ci ilin fevralında qəbul edilmiş bu qətnamə Texas qanunvericilərinin Xocalı qətliamı ilə bağlı qəbul etdiyi ikinci sənəddir.

İlk sənəd 2011-ci il martın 3-də qəbul edilmiş H.R.535 saylı qətnamədir. Bu qətnamə Texas Nümayəndələr Palatasına respublikaçı Mörfi tərəfindən təklif olunub və Palatanın spikeri tərəfindən imzalanıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR