Bank Of Baku

“Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nda dəyişikliklər edilib

“Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nda dəyişikliklər edilib
# 31 may 2024 10:03 (UTC +04:00)

“Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nda dəyişikliklər təsdiq edilib.

APA-Economics” xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov qərar imzalayıb.

Qeyd edilib ki, bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2023-cü il 21 sentyabr tarixli 46/4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nda dəyişikliklər”in 1-ci və 4-cü hissələri bu Qərar dərc edildiyi gündən 3 ay sonra qüvvəyə minsin. Eyni zamanda maliyyə bazarlarının hüquqi təminatı departamentinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

Bildirilib ki, bu qaydanın 8.3-cü bəndi yeni redaksiyada verilib, 13-1-ci hissəsinə isə əlavələr edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR