Bank Of Baku

Prezidentin xüsusi nümayəndəsi: İlin sonuna kimi 20 min keçmiş məcburi köçkünün qayıdışı təmin olunacaq

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov

© APA | Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov

# 31 may 2024 10:50 (UTC +04:00)

"2024-cü ilin sonuna kimi 20 min keçmiş məcburi köçkünün öz yurduna köçürülməsi təmin olunacaq".

APA-nın xəbərinə görə, bu fikirləri Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov III Beynəlxalq Minatəmizləmə Konfransında deyib.

“Bugünkü konfransın şüarında qeyd edildiyi kimi, biz minanın ətraf-mühitə təsirini azaltmaq, eləcə də təhlükəsiz və "yaşıl" gələcək yaratmağa çalışırıq. İşğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. 2021-ci ildən bəri bərpa və yenidənqurma işlərinə 7 milyard ABŞ dolları yatırılıb”, - Elçin Əmirbəyov bildirib.

O qeyd edib ki, Ermənistan tərəfinin indiyədək mina xəritələrini verməkdən imtina etməsi vəziyyəti daha da mürəkkəbləşdirir: “Azərbaycan həmin ərazilərdə görüləcək işlərlə bağlı üzərinə öhdəlik götürüb. Ümid edirik ki, Ermənistanda həmin öhdəlikləri anlayırlar. Keçmiş məcburi köçkünlərin öz yurdlarına qaytarılması gecikir. Bu gün təəssüflə deyə bilərik ki, Azərbaycan minalarla çirklənmiş ölkələr arasında ilk beşlikdə dayanır. Azərbaycanda minatəmizləmə fəaliyyətini tamamilə yekunlaşdırmağa illər sərf olunacaq. Bu konfransın minatəmizləmə fəaliyyətinin yükünü bölüşdürülməsinə və beynəlxalq ictimaiyyətin də sözügedən fəaliyyətdə iştirakına imkan verəcəyinə inanırıq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR