Azad Rəhimov: “Azərbaycanda 200 minə yaxın tələbə vahid tələbə kartından istifadə edəcək” - FOTO

Azad Rəhimov: “Azərbaycanda 200 minə yaxın tələbə vahid tələbə kartından istifadə edəcək” - <font color=red>FOTO</font>
# 05 iyun 2012 08:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda 200 minə yaxın tələbə vahid tələbə kartından istifadə edəcək. Bunu APA-ya açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. O bildirib ki, ilk kartlar Azərbaycanın müxtəlif ali təhsil ocaqlarından seçilmiş ilk 100 gəncə təqdim edilib: “Növbəti 200 minə yaxın kart sifariş edilib. Mən inanıram ki, qısa bir müddətdə bu kartlar çap ediləcək və bütün tələbələrə çatdırılacaq. Ali məktəb tələbələri ilə yanaşı, peşə məktəblərinin tələbələri də bu kartlarla təmin olunacaqlar”.

A. Rəhimovun sözlərinə görə, Avropada 37 ölkədə 30-40 minə yaxın ticarət müəssisəsi bu kartlara görə güzəştlər tələb edir, həmçinin nəqliyyat vasitələri və otellər bu güzəştləri tətbiq edir: “Biz çox istəyərdik ki, Azərbaycanda da bizim ticarət müəssisələri bu endirim prosesinə qoşulsunlar. Lakin hazırda Gənclər və İdman Nazirliyi ilə digər qurumlar arasında belə endirimlərin tətbiqi ilə heç bir danışıq aparılmır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR