Sabir Rüstəmxanlı: “Masallının 8 kəndini birləşdirən yol yararsız vəziyyətdədir”

Sabir Rüstəmxanlı: “Masallının 8 kəndini birləşdirən yol yararsız vəziyyətdədir”
# 29 may 2012 14:26 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Sabir Rüstəmxanlı Masallıya ögey münasibət göstərilməsindən narazılığını bildirib.

APA-Economics”in xəbərinə görə, S.Rüstəmxanlı Masallıya büdcədən az vəsait ayrılmasına etiraz edib.

O deyib ki, bu, özünü müxtəlif məsələlərdə göstərir: “Rayonda heç nə tikilmir, idman qurğusu tikintisini vəd etmişdilər, əvəzində yeganə idman məktəbi də maaşların verilməməsi səbəbindən işini dayandırıb. Rayondakı idmançılar bundan yararlana bilmir. Belə ögey münasibət nəyə lazımdır, bəlkə bu rayonu ləğv edək?”

Millət vəkili bildirib ki, Masallının 8 kəndini birləşdirən yol yararsız vəziyyətdədir: “7 kilometr yol nədir ki, onu çəkmirlər? Rayona gedəndə seçicilərimə bunun səbəbini izah etməyə çətinlik çəkirəm. Mən adamlara nə deyəcəyimi bilmirəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR