Bəhreyn yığmasının baş məşqçisi oyunçulardan razı qalıb

Bəhreyn yığmasının baş məşqçisi oyunçulardan razı qalıb
# 15 avqust 2012 17:56 (UTC +04:00)
Bakı-APA. “Oyundan razı qaldım”. Apasport.az saytının xəbərinə görə, bunu Bəhreyn yığmasının baş məşqçisi Piter Teylor deyib.

İngilis çalışdırıcı bu gün millimizə 0:3 hesabla məğlub olduqları görüşdən sonra fikirlərini açıqlayıb. O bildirib ki, uduzmasına baxmayaraq, komandasından razı qalıb: “2 topu müdafiə xəttinin kobud səhvindən sonra buraxdıq. Qapıçımız penaltini dəf etsə də, künc zərbəsindən sonra kobud səhvə yol verdi. Ramazan ayı və hava isti olduğundan futbolçulardan razıyam”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR