Badamdar qəsəbəsinə içməli suyun verilməsində fasilələr olacaq

Badamdar qəsəbəsinə içməli suyun verilməsində fasilələr olacaq
# 06 sentyabr 2012 13:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Badamdar qəsəbəsinə içməli suyun verilməsində fasilələr olacaq.

«Azərsu» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən nasos stansiyasını elektrik enerjisi ilə qidalandıran xətlərin yeniləri ilə dəyişdirilməsi işləri aparılacaq. Bununla əlaqədar bu gün həmin əraziyə içməli suyun verilməsində fasilələr olacaq.

Qeyd edək ki, bu qəsəbəyə içməli su qrafikə uyğun olaraq hər gün saat 15.00-dan 23.00-a kimi verilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR