Vyanada İranla AEBA arasında danışıqlar başlayıb

Vyanada İranla AEBA arasında danışıqlar başlayıb
# 08 iyun 2012 15:35 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Bu gün Vyanada İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında (AEBA) növbəti müzakirələr başlayıb. APA-nın məlumatına görə, görüş mayın 21-də AEBA-nın icraçı direktoru Yukiya Amanonun İrana səfəri çərçivəsində əldə olunmuş razılaşmaya əsasən, tərəflər arasında çərçivə sazişinin imzalanmasına nail olmaq məqsədilə keçirilir. Eyni zamanda müzakirələrin əsas məqsədi İranın Parçin hərbi poliqonu da daxil olmaqla bütün nüvə obyektlərində agentlik müfəttişlərinin yoxlamalar aparmasına icazə verməsinə nail olmaqdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR