Azərbaycan Müdafiə Nazirliyi: “Cəbhə xəttində vəziyyət gərgin olaraq qalır”

Azərbaycan Müdafiə Nazirliyi: “Cəbhə xəttində vəziyyət gərgin olaraq qalır”
# 12 aprel 2012 07:39 (UTC +04:00)
Bakı-APA. Cəbhə xəttində vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 11-də saat 11.00-dan 11.05-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən üzbəüz mövqelərimizi, saat 15.25-dən 15.32-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqelərimizi, saat 20.20-dən 20.25-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 20.40-dan 21.15-dək Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki Saraqtiqaş dağında yerləşən mövqelərdən Qazax rayonunun adsız yüksəkliklərində yerləşən mövqelərimizi, saat 21.10-dan 21.15-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, aprelin 12-də saat 02.10-dan 02.20-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR