CAR-da şaxtada baş verən qarşıdurmada 5 nəfər həlak olub

CAR-da şaxtada baş verən qarşıdurmada 5 nəfər həlak olub
# 13 avqust 2012 20:54 (UTC +04:00)
Bakı-APA. Cənubi Afrika Respublikasında Pretoriya şəhərindən cənub-qərbdə yerləşən platin mədənində baş verən iğtişaşlarda 1 polis və 4 şaxtaçı həlak olublar. Bu barədə APA BBC-yə istinadən məlumat verir. Polisin məlumatına görə, daha bir polis nəfəri ağır yaralı halda xəstəxanadadır.

Şaxtada iğtişaşlar rəsmi həmkarlar ittifaqı ilə qeyri-rəsmi şaxtaçı birliyi arasındakı fikir ayrılığına görə başlayıb.

Polis artıq vəziyyətə nəzarət etdiyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR