Varşavada keçirilən Novruz bayramında Polşa müğənnisi Azərbaycan dilində “Sarı gəlin” musiqisini ifa edib

Varşavada keçirilən Novruz bayramında Polşa müğənnisi Azərbaycan dilində “Sarı gəlin” musiqisini ifa edib
# 16 mart 2012 17:53 (UTC +04:00)
Bakı-APA. “Sarı gəlin Azərbaycan xalq musiqisinin zirvəsidir. Mən onu sevə-sevə ifa etdim və onun timsalında Azərbaycan xalq musiqisinə valeh oldum. Odur ki, gələcəkdə öz repertuarımı Azərbaycan xalq musiqisi nümunələri hesabına daha da genişləndirməyi düşünürəm.” Bu sözləri Polşanın tanınmış kino və teatr aktrisası və müğənnisi xanım Malvina Kusior “Sarı gəlin” musiqisini ifa etdikdən sonra deyib.
Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyi bu ölkədə Novruz bayramı ilə əlaqədar ziyafət təşkil edib. Sözügedən ziyafətdə Polşa Respublikası Prezidenti Administrasiyası, Polşa Senatı və Seyminin rəhbərliyi və üzvləri, Nazirlər və Polşa Respublikasının müxtəlif, o cümlədən Xarici İşlər Nazirliyindən yüksək vəzifəli şəxslər iştirak ediblər. Tədbir zamanı səfir Həsən Həsənov çıxış edərək qonaqlara Novruz bayramı, onun tarixi və xalqımızın Novruz bayramına verdiyi önəm barədə məlumat verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR