Azərbaycan Beynəlxalq Bankında İslam Bankçılığı departamenti yaradılıb
05 sentyabr 2012 13:16 (UTC +04:00)
Bankın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, İdarə Heyətinin qərarı ilə ABB-də İslam Bankçılığı departamenti yaradılıb.
Departamentin direktoru vəzifəsinə Behnam Qurbanzadə təyin olunub. B.Qurbanzadə bundan əvvəl bankın Strateji inkişaf və Marketinq departamentinin direktor müavini, “İslam Bankçılığının tətbiqi” üzrə layihənin rəhbəri vəzifələrində çalışıb.
İslam bankçiliğının tətbiqi mərhələlərlə həyata keçiriləcək. Belə ki, yaxın üç ay ərzində departamentin yeni ofisə yerləşdirilməsi, işçi heyətinin tam formalaşması, maliyyələşdirmə xətlərinin və cari layihələrin departamentin idarəçiliyinə verilməsi, investisiya portfelinin formalaşması və bu kimi məsələlər həll olunacaq. Fiziki və hüquqi şəxslərin maliyyələşdirilməsi və müştərilərə xidmətlərin göstərilməsi isə 2013-cü ilin yanvar ayından planlaşdırılır.

Maliyyə
Ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-nin kreditorlarının diqqətinə!
19:35
25 may 2024
"Green Fintech Startup Challenge"-ə müraciətlər davam edir!
17:52
25 may 2024
"Bank of Azerbaijan"nın kreditorlarının tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək
17:01
25 may 2024
Qarabağda Bir başlanğıc daha: Kapital Bank-ın Xankəndi filialı açılıb
14:57
25 may 2024