Azərbaycan Daxili İşlər Nazirliyi BMT əməkdaşının anasının qətli ilə bağlı məlumat yayıb

Azərbaycan Daxili İşlər Nazirliyi BMT əməkdaşının anasının qətli ilə bağlı məlumat yayıb
# 18 fevral 2012 09:40 (UTC +04:00)
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, fevralın 17-də saat 19.00 radələrində Binəqədi rayonu ərazisində yaşayan Elmira İsmayılova öz mənzilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib, mənzilin mətbəxi isə yandırılıb. Nəticədə mətbəxin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri isə Binəqədi RPİ tərəfindən aparılır.

Qeyd edək ki, hadisə ötən gecə Azadlıq prospektində yerləşən 9 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində qeydə alınıb. Həmin ünvanda yaşayan, 1938-ci il təvəllüdlü Elmira Səxavət qızı İsmayılova naməlum şəraitdə çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Ev sahibəsi qətlə yetirildikdən sonra mənzil yandırılıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının qarşısını ala biliblər.

İlkin ehtimala görə, qətl qarət məqsədi ilə törədilib. Lakin hadisənin motivi hələlik məlum deyil.

Xatırladaq ki, qətlə yetirilən qadın BMT-nın Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fuad Hüseynovun anasıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR