Son bir ayda Ukraynada maliyyə naziri ikinci dəfə istefaya göndərilib

Son bir ayda Ukraynada maliyyə naziri ikinci dəfə istefaya göndərilib
# 23 fevral 2012 07:33 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, Ukrayna prezidenti Viktor Yanukoviçin sərəncamı ilə V.Xoroşkovski baş nazirin birinci müavini təyin edilib. Maliyyə naziri vəzifəsinə isə təyinat olmayıb.

Qeyd edək ki, 2010-cu ildən Ukrayna Təhlükəsizlik Xidmətinə rəhbərlik edən V.Xoroşkovski bu il yanvarın 18-də maliyyə naziri təyin olunub. İqtisad elmləri doktoru olan 43 yaşlı V.Xoroşkovski bundan əvvəl Prezident Administrasiyası rəhbərinin müavini, iqtisadiyyat və avrointeqrasiya naziri, Təhlükəsizlik Xidmətinin sədr müavini, Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini və Dövlət Gömrük Komitəsinin sədri vəzifələrində çalışıb.

V.Xoroşkovski Ukraynanın tanınmış biznesmenlərindən və mediamaqnatlarından biri olub, “U.A. Inter Media Group”a başçılıq edib. “Focus” jurnalı 2010-cu ildə onun varidatını 1,160 mlrd. dollar həcmində qiymətləndirib. Dövlət strukturlarında işə başladıqdan sonra media-qrupdakı vəzifələrini evdar qadın olan həyat yoldaşına həvalə edib. Ukrayna mətbuatı tezliklə baş nazir Nikolay Azarovun istefaya göndəriləcəyini və V.Xoroşkovskinin hökumət başçısı təyin olunacağını yazır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR