Bakıda köhnə mənzillər ucuzlaşıb
27 iyul 2012 14:04 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyi iyun ayında apardığı araşdırmaların nəticələrinə əsasən bildirib.
Alqı-satqıların azalması mövsümi amillərlə, eyni zamanda ipoteka kreditləşməsinin nisbətən zəifləməsi ilə bağlı olub.
İyun ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar ötən ayda olduğu kimi Xətai və Yasamal rayonları olub. Bu rayonların ən vacib cəhəti şəhərə yaxınlığı və qiymətlərin ipoteka şərtlərinə münasibliyidir. Araşdırmalar göstərir ki, söküntü işlərinin başlanmasından sonra bu rayonlara olan maraq da tədricən dərinləşməkdə davam edib. Ümumilikdə ipoteka prosesində əməliyyatların əsas çəkisi də bu rayonların üzərinə düşür. Bu, həmin rayonlarda qiymətlərin ipotekanın normativ tələblərinə uyğunluğu ilə də bağlıdır.
İyun ayında aparılan araşdırmalara əsasən təklif (0,9%) artıb və nəticədə bazara satış üçün təklif olunan mənzillərin sayı 7 600-ü ötüb. Yasamal, Nəsimi, Nərimanov və Xətai rayonlarının təklif portfelindəki payı ötən aylarda olduğu kimi mütləq çoxluq təşkil edib və onların ümumi payı 78,7%-ə bərabər olub.
İyun ayında orta qiymət 0,4% azalaraq 986 dollar/kv. metr təşkil edib. Ötən ay əksər rayonlarda qiymət azalması müşahidə olunub. Ay ərzində ən çox qiymət azalması Nəsimi rayonunda qeydə alınıb (1,1%).
Mənzillərin orta otaq göstəricisi 2,79, hər otağın orta satış qiyməti 44 256 ABŞ dolları, mənzilin orta qiyməti isə 111 207 dollar təşkil edib.

İnfrastruktur
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib
13:48
18 may 2024
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024