«Parabank» yeni kredit məhsulunu təqdim edib

«Parabank» yeni kredit məhsulunu təqdim edib
# 04 iyun 2012 11:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC «Etibarlılıq» adlı yeni kredit məhsulunu təqdim edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu kredit məhsulu hüquq-mühafizə orqanları (DİN, Prokurorluq, Ədliyyə, Gömrük, Vergi) və Müdafiə Nazirliyi və onun tabeliyində olan təşkilatların işçilərinə, bütün təhsil, səhiyyə, mədəniyyət və bütün növ xidmət sahələrində çalışan işçilər üçün nəzərdə tutulub.

Kredit 500-5000 manat (dollar, avro) məbləğində, illik 3%-dən başlayaraq 36 ayadək müddətə verilir.

Qeyd edək ki, kreditləşmə zaminlik əsasında aparılır.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR