Azərbaycanın nəqliyyat sektorunda yük daşınması 4% artıb

Azərbaycanın nəqliyyat sektorunda yük daşınması 4% artıb
# 23 avqust 2012 10:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yeddi ayı ərzində Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 119,4 mln. ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 3,8% çox yük daşınıb, qeyri-neft yüklərinin həcmi isə 8,4% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqliyyat vasitələri ilə daşınmış yüklərin 53,5%-i avtonəqliyyat, 29%-i boru kəməri, 11,1%-i dəmir yolu, 6,4%-i dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilib.

Qeyri-dövlət bölməsində yük daşınması 3,5% artıb, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 73% təşkil edib.

«Yanvar-iyul aylarında nəqliyyatçılar 887,1 mln. nəfərə və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,7% çox sərnişinə xidmət göstərib. Sərnişinlərin 86,9%-i avtomobil, 12,9%-i isə metro nəqliyyatının xidmətlərindən istifadə edib», - deyə Komitədən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR