AŞPA həmməruzəçiləri Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüblər

AŞPA həmməruzəçiləri Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüblər
# 13 iyun 2012 07:19 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex, Pedro Aqramunt Fond de Mora və Monitorinq Komitəsi katibliyi rəhbərinin müavini Aqnieşka Naçilo Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüblər.

Məhkəmədən APA-ya verilən məlumata görə, görüşdə çıxış edən R. Rzayev qeyd edib ki, Azərbaycan məhkəmə sistemi Avropa məhkəmə sistemi olaraq fəaliyyət göstərir: “Ali Məhkəmədə mütəmadi keçirilən seminarlarda beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının presedent hüququ öyrənilir. Əsas insan amilidir. “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın yerinə yetirilməsi ilə əlaqədar konkret tədbirlər görülür. Çalışırıq ki, qəbul edilən qərarlar ədalətli olsun, vahid təcrübəyə əsaslansın. Məhkəmə prosesində ən yeni informasiya texnologiyalarından istifadə olunur”.

Görüşdə Ali Məhkəmənin sədri Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərini maraqlandıran sualları cavablandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR