Əbülfəs Qarayev: “Ümumdünya Turizm Təşkilatında Azərbaycan üçün xüsusi iş yeri açılıb”

Əbülfəs Qarayev: “Ümumdünya Turizm Təşkilatında Azərbaycan üçün xüsusi iş yeri açılıb”
# 06 sentyabr 2012 07:17 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Ümumdünya Turizm Təşkilatında (ÜTT) Azərbaycan üçün xüsusi iş yeri açılıb. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, ötən il Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai bu təşkilatda Azərbaycana xüsusi iş yerinin açılmasına söz verib və artıq bu proses həyata keçirilib: “Artıq Ümumdünya Turizm Təşkilatında Azərbaycanın nümayəndəsi çalışır”.

Nazir onu da deyib ki, turizm sahəsində bu ilin nəticələri ondan xəbər verir ki, Azərbaycana gələn turistlərin sayında ötən ilə nisbətən 7% artım var: “Azərbaycan bu il turizm sənayesində 7 faiz artırma nail olub. Bu da yeni açılan mehmanxanalar, Azərbaycan keçirilən beynəlxalq tədbirlərdən irəli gələn inkişafdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR