Cəlilabadda mal-qara oğurluğu ilə məşğul olan şəxslər tutulub

Cəlilabadda mal-qara oğurluğu ilə məşğul olan şəxslər tutulub
# 09 mart 2012 12:22 (UTC +04:00)
Cəlilabad. Ağəddin Babayev – APA. Azərbaycanın Cəlilabad rayonunda mal-qara oğurluğu ilə məşğul olan şəxslər zərərsizləşdirilib. Rayon Polis Şöbəsinin (RPŞ) istintaq bölməsinin rəisi Eldar Məmmədovun APA-nın Cənub bürosuna verdiyi məlumata görə, daxil olan şikayət ərizəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilib və nəticədə mal-qara oğruları yaxalanıb. Belə ki, rayonun Qarazəncir kənd sakini, 34 yaşlı Namiq Kamal oğlu Şahbazov və Göytəpə şəhər sakini, 24 yaşlı Tural Vahid oğlu Səfərov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunublar. İlkin dindirmə zamanı hər iki saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Cəlilabad RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR