Geologiya İnstitutunun direktoru: “Qlobal istiləşmənin təsiri ilə Xəzərin səviyyəsinin enməsi daha qabarıq müşahidə olunur”

Geologiya İnstitutunun direktoru: “Qlobal istiləşmənin təsiri ilə Xəzərin səviyyəsinin enməsi daha qabarıq müşahidə olunur”
# 08 oktyabr 2012 14:15 (UTC +04:00)
İnstitutun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir Dördüncü Dövr Tədqiqatları üzrə Beynəlxalq Birliyin Avropa Dördüncü Dövr Bölməsi tərəfindən təşkil olunub. Konfransda institutun direktoru Akif Əlizadə, elmi işlər üzrə direktor müavini İbrahim Quliyev, şöbə müdirləri Elmira Əliyeva və Dadaş Hüseynov Xəzər dənizinin geoloji tarixinə, o cümlədən səviyyə dəyişmələrinə dair məruzələrlə çıxış ediblər.

Alimlər bildiriblər ki, Dördüncü Dövrdə (2,588 milyon il bundan əvvəl) Qara dənizlə ara-sıra əlaqəli olan Xəzər dənizi bu günə qədər geoloji qabarma-enmə və qlobal istiləşmə proseslərinə məruz qalıb. Nəticədə dənizin səviyyəsi xeyli azalıb, ərazisi kiçilib və qapalı hövzəyə çevrilib. Azərbaycan alimləri Xəzərin səviyyəsindəki uzunmüddətli dəyişmələri tektonik proseslərlə izah ediblər. Qısa müddətli və tez-tez baş verən dəyişmələrin səbəbi kimi isə iqlim dəyişmələri göstərilib. A. Əlizadə qeyd edib ki, qlobal istiləşmənin təsiri ilə Xəzərin səviyyəsinin enməsi son onilliklərdə daha qabarıq müşahidə olunur və bu proses hazırda da davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR