İranın bir vilayətində ötən il 10-14 yaşlarında 1773 nəfər evləndirilib

İranın bir vilayətində ötən il 10-14 yaşlarında 1773 nəfər evləndirilib
# 15 oktyabr 2012 14:25 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın Həmədan vilayətində ötən il 10-14 yaşlarında 1773 nəfər evləndirilib.

APA-nın məlumatına görə, bu barədə Həmədan vilayətinin Gənclər Təşkilatının sədri Əli Əkbər Famil Kərimi açıqlama verib. O bildirib ki, vilayətdə 2011-ci ildə 15-19 yaşlarında 8705 nəfər, 20-24 yaşlarında 7764 nəfər, 70-74 yaşlarında 22, 75-dən yuxarı yaşlarda 27 nəfər ailə qurub.

Qeyd edək ki, İranda 13 yaşından kiçik qızlar atalarının və məhkəmənin icazəsi ilə ərə verilə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR