Hindistanda 73 uşaq naməlum xəstəlikdən dünyasını dəyişib

Hindistanda 73 uşaq naməlum xəstəlikdən dünyasını dəyişib
# 09 iyun 2012 04:45 (UTC +04:00)
Bakı-APA. Hindistanın Bihar ştatında son 2 həftə ərzində naməlum xəstəlikdən 73 uşaq həlak olub. Bu barədə APA IANS agentliyinə istinadən məlumat verir.

İlk olaraq həkimlər uşaqların ensefalitdən öldüklərini güman ediblər. Lakin ştatın səhiyyə naziri Aşvani Kumar Çubei ölümcül xəstəliyin hələlik müəyyən edilmədiyini bildirib. Nazir 40-dan artıq uşağın ağır vəziyyətdə xəstəxanalarda olduğunu da əlavə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR