47 yaşlı Quba sakini ülgüclə boğazını kəsib

47 yaşlı Quba sakini ülgüclə boğazını kəsib
# 08 iyun 2012 16:26 (UTC +04:00)
Quba. Vəli Turan – APA. Quba rayon sakini, 1965-ci il təvəllüdlü Rauf Əlistan oğlu Tahirov əlindəki ülgüclə özünə boğaz nahiyəsindən ağır xəsarətlər yetirib. Hadisə Quba rayonunun Alekseyevka kəndində qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Rauf Tahirov qardaşı Ağacan Tahirovun yaşadığı evə gedərək ondan pul istəyib. Qardaşından pul ala bilməyən Rauf əlindəki ülgüclə özünə boğaz nahiyəsindən bir neçə xəsarət yetirib. Yaralı Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Rauf Tahirovun psixi problemlərinin olduğu da müəyyənləşib. O, bundan əvvəl Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum olunub.
Faktla əlaqədar Quba rayon Polis Şöbəsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR