«Günəşli» yatağındakı daha bir quyu əsaslı təmirdən sonra istismara verilib

«Günəşli» yatağındakı daha bir quyu əsaslı təmirdən sonra istismara verilib
# 29 sentyabr 2012 09:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Xəzərin Azərbaycan sektorunda olan «Günəşli» yatağındakı 431 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, yatağın işlənməsini həyata keçirən «28 May» adına Neft-Qaz Çıxarma İdarəsində bu istiqamətdə ciddi tədbirlər görülür.

Bu günlərdə «Günəşli» yatağındakı 15-ci özüldən 431 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Quyu Qirməki Altı Lay Dəstəsindən 4105-4083 metr intervaldan sutkada təxminən 77 ton neft və 10 000 kubmetr qaz hasilatı ilə işləyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR