“SOCAR - Foster Viler Mühəndis Xidmətləri” birgə müəssisəsinin Direktorlar Şurasının ilk iclası keçirilib

“SOCAR - Foster Viler Mühəndis Xidmətləri” birgə müəssisəsinin Direktorlar Şurasının ilk iclası keçirilib
# 05 mart 2012 15:52 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “SOCAR-Foster Viler Mühəndis Xidmətləri” birgə müəssisəsinin Direktorlar Şurasının ilk iclası keçirilib.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, iclasda Direktorlar Şurasının sədri Tofiq Qəhrəmanov, üzvləri Fəxrəddin İsmayılov, Sənan Tapdıqov, Marko Moresko və Mario Giuliani iştirak edib.

İclasda birgə müəssisənin daxili strukturunun təsdiq edilməsi, 2012-2013-cü illər üçün büdcəsinin və biznes planının müzakirəsi, həmçinin təsdiqi, kadr məsələləri, məsləhətçi şirkətin seçilməsi məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, birgə müəssisənin yaradılması təşəbbüsü ARDNŞ tərəfindən irəli sürülüb, əsas məqsəd isə yüksək ixtisaslı yerli kadrların hazırlanmasıdır. Birgə müəssisənin paylarının 65%-i ARDNŞ-a, 35%-i isə «Foster Viler» şirkətinə məxsusdur. Təsis müqaviləsi və əldə olunmuş razılığa əsasən gələcəkdə birgə müəssisəyə işə götürüləcək yerli kadrlar «Foster Wheeler Italiana S.R.L» şirkətinin Milan ofisində uzun müddətli təlim keçəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR