İran Türkiyə ərazisi ilə Avropaya təbii qazın nəqlində maraqlıdır

İran Türkiyə ərazisi ilə Avropaya təbii qazın nəqlində maraqlıdır
# 06 iyun 2012 10:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. İran Türkiyə ərazisi ilə Avropaya təbii qazın nəqlində maraqlıdır. “APA-Economics”in xəbərinə görə, bunu Bakıda keçirilən XIX Xəzər Beynəlxalq Neft-Qaz Konfransında çıxış edən İran Neft Nazirliyinin Avropa, Amerika və Xəzəryanı ölkələr üzrə İdarəsinin baş direktoru Hüseyn İsmaili bidirib.

Onun sözlərinə görə, hazırda İran Türkiyəyə qaz ixrac edir. Buna baxmayaraq, İraq və Suriya kimi ölkələrə də qaz ixracı imkanları araşdırılır.

“Biz həmçinin Türkiyə ərazisi ilə qazın Avropaya ixracında maraqlıyıq və bu layihənin icrası sülhün bərqərar olmasını təmin edəcək” - deyə H.İsmaili qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR