Cennifer Lopez: “Möcüzə dolu gecəyə görə Bakıya təşəkkür edirəm” - VİDEO

Cennifer Lopez: “Möcüzə dolu gecəyə görə Bakıya təşəkkür edirəm” - <font color=red>VİDEO</font>
# 24 sentyabr 2012 12:19 (UTC +04:00)
APA-nın məlumatına görə, müğənni öz rəsmi “Twitter” səhifəsində Azərbaycana və tamaşaçılara minnətdarlıq ünvanlayıb. Müğənni Emin Ağalarova da minnətdarlıq etməyi unutmayıb: “Konsertdə iştirakına görə Emin Ağalarova təşəkkür edirəm. Bakıya, möcüzə dolu gecəyə görə təşəkkür edirəm. Bakıda hər kəs məni çox isti qarşıladı. Növbəti dayanacağımız Belarusdur”.

Bildirək ki, üç gün Bakının qonağı olan məşhur müğənni artıq şəhərimizi tərk edib. Müğənninin Bakı konsertinin təşkilatçılığını “Universal Music Group”un Bakıdakı rəsmi nümayəndəliyi “Omnikomo Music Group” həyata keçirib.

http://www.youtube.com/watch?v=QbhYsoDfOt4&feature=player_embedded
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR