Masallıda məşhur pəhləvan Nadir Ağayevin xatirəsinə həsr olunmuş respublika turniri keçirilib-FOTO

Masallıda məşhur pəhləvan Nadir Ağayevin xatirəsinə həsr olunmuş  respublika turniri keçirilib-<font color=red>FOTO</font>
# 03 noyabr 2012 22:30 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Masallı Olimpiya İdman Kompleksində əməkdar məşqçi, idman ustası, Masallı güləş məktəbinin yaradıcısı, tanınmış pəhləvan, mərhum Nadir Yaqub oğlu Ağayevin xatirəsinə həsr olunmuş Yunan-Roma güləşi üzrə respublika turniri keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, yarışların açılış mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Seyfəddin Əliyev, Azərbaycan Respublikası Gənclər və idman Nazirliyinin məsul işçisi Əliniyaz Mirzəyev, Azərbaycan Güləş Federasiyasının regionlar üzrə vitse-prezidenti Cavanşir Qurbanov, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, turnirin təşkilat komitəsinin üzvü Qasıməli Qasımov və başqaları ölkəmizdə təhsil, səhiyyə, mədəniyyət, sosial və digər sahələrlə yanaşı, idmana da göstərilən xüsusi qayğıdan bəhs edərək, bütün idmançılara uğurlar arzulayıblar. Üç gün davam edən turnirdə respublikanın ayrı-ayrı şəhər və rayonlarından 200-dək gənc pəhləvan qüvvəsini sınayıb.
Yarışların yekununda müxtəlif çəki dərəcələrində birinci, ikinci və üçüncü yeri tutan idmançılar Masallı rayon Gənclər və İdman İdarəsinin diplom, medal və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR