Azərbaycan MM sədrinin başçılıq etdiyi nümayəndə heyəti MDB Parlament Assambleyasının 20 illik yubileyinə həsr olunan tədbirdə iştirak edəcək

Azərbaycan MM sədrinin başçılıq etdiyi nümayəndə heyəti MDB Parlament Assambleyasının 20 illik yubileyinə həsr olunan tədbirdə iştirak edəcək
# 19 mart 2012 12:07 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Milli Məclisinin (MM) sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti martın 26-da MDB Parlament Assambleyasının 20 illik yubileyinə həsr olunan tədbirdə iştirak etmək üçün Qazaxıstanın Almatı şəhərinə səfər edəcək. APA-nın xəbərinə görə, bunu MM mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bu gün keçirdiyi brifinqdə bildirib.
Səfər çərçivəsində nümayəndə heyəti MDB Parlament Assambleyası Şurasının qurumun 20 illiyinə həsr olunan iclasında iştirak edəcək. O. Əsədovun tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub. Səfər martın 28-də yekunlaşacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR