Azərbaycan və Türkiyə ermənilər tərəfindən həyata keçirilən soyqırımlarının tarixini birgə araşdıracaq

Azərbaycan və Türkiyə ermənilər tərəfindən həyata keçirilən soyqırımlarının tarixini birgə araşdıracaq
# 19 sentyabr 2012 15:28 (UTC +04:00)
İnstitutdan APA-ya verilən xəbərə görə, iclasda “Azərbaycan xalqına qarşı soyqırımı qatilləri” kitabının, Cənubi Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı soyqırımı haqqında, “Ararat (Ermənistan) Respublikasının Azərbaycan xalqına qarşı soyqırımı və etnik təmizləmə siyasəti” sənədlər toplularının nəşr olunması, mövzu ilə bağlı dissertasiya araşdırmasının aparılması qərara alınıb. Toplanmış sənədlər əsasında “İrəvan xanlığı” adlı sənədli film də hazırlanıb.

Elmi Şurada qeyd olunub ki, institutun direktoru Yaqub Mahmudov Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Şəkiyə səfəri zamanı həyata keçirilən tədbir və görüşlərdə iştirak edib. Həmin görüşlər zamanı Türkiyə nümayəndə heyətinin üzvü Seyit Sertçeliklə iki qardaş ölkə tarixçilərinin birgə əməkdaşlığı, tarix elminin inkişaf perspektivləri, qarşıda duran problemlər və onların həlli yolları haqqında geniş danışıqlar aparılıb. Xüsusilə, Azərbaycan və türk xalqlarına qarşı ermənilər tərəfindən həyata keçirilən soyqırımlarının tarixinin birgə araşdırılması qərara alınıb. Ölkə prezidentinə Yaqub Mahmudov tərəfindən Tarix İnstitutunda görülən işlər barədə geniş məlumat verilib. Prezident görüş zamanı Azərbaycan tarixçilərinin əməyini yüksək qiymətləndirib, Azərbaycan tarixinə dair məsələlərin tədqiqi ilə bağlı öz tapşırıqlarını, tövsiyyə və göstərişlərini verib. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyə və Azərbaycan tarixçilərinin birgə aparacaqları tədqiqatlar barədə öz məsləhətlərini verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR