Naxçıvanda 25-ə yaxın açıq ürək əməliyyatı keçiriləcək

Naxçıvanda 25-ə yaxın açıq ürək əməliyyatı keçiriləcək
# 14 iyun 2012 12:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Naxçıvanda Azərbaycan Səhiyyə Nazirliyi (SN), Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş “Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi” adlı 5-ci regional elmi-praktiki konfrans keçirilib. SN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyunun 10-dan 18-dək Muxtar Respublikada daha bir aksiyaya start verilib. Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanasının, Ürək-Damar Xəstəlikləri Mərkəzinin, 30 nəfərlik heyətdən ibarət yüksək ixtisaslı kardiocərrahiyyə briqadasının həyata keçirdiyi aksiya çərçivəsində 25 yaxın açıq ürək əməliyyatları, eləcə də koronar angioqrafiya, exokardioqrafiya və elektrokardioqrafiya müayinələri həyata keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR