Azərbaycanda sahibkarların güzəştli kreditləşdirilməsi 50% artırılacaq
02 noyabr 2012 10:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn il Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ölkədə fəaliyyət göstərən sahibkarlara verdiyi güzəştli kreditlərin həcmini 50% artıracaq. Bu barədə «APA-Economics»ə SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib.
Onun sözlərinə görə, əgər 2011-ci ildə Fond tərəfindən sahibkarlara 138 mln. manat həcmində güzəştli kreditlər verilmişdirsə, 2012-ci ildə kreditlərin ümumi həcmi 200 mln. manat, geri qaytarılmış kreditlərin hesabına isə bir qədər də artıq kreditlər veriləcək: «Bu ilin ötən dövrü ərzində SKMF tərəfindən ölkədə fəaliyyət göstərən sahibkarlara 2 128 investisiya layihəsinin maliyyələşdirilməsinə 195,8 mln. manat güzəştli kreditlər verilib. Geri qaytarılmış kreditlərin hesabına bu il ərzində veriləcək güzəştli kreditlərin həcmi nəzərdə tutulmuş 200 mln. manatdan çox olacaq».
Gələn il ərzində Fond tərəfindən veriləcək güzəştli kreditlərin həcminə gəldikdə, Ş.Abdullayev qeyd edib ki, 2013-cü ildə sahibkarlara veriləcək güzəştli kreditlərin ümumi həcmi 2012-ci ildəkinə nisbətən təxminən 50% çox olacaq və 300 mln. manat təşkil edəcəyi gözlənilir.
Geri qaytarılmış kreditlərə gəldikdə isə, Fondun rəhbəri bildirib ki, bu il ərzində SKMF-a 128 mln. manat həcmində vəsait geri qaytarılıb, bu isə 2008-ci ilə nisbətən 8,6 dəfə çoxdur.

Sahibkarlıq
Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 % artıb
16:48
16 may 2024
“Azərsun Holdinq” sərgidə qida, qeyri-qida və kənd təsərrüfatı stendləri ilə təmsil olunur
15:51
16 may 2024
Doğma çay “Azerçay”ın dəstəyi ilə şəhidimizdən bəhs edən klip çəkilib - VİDEO
15:47
16 may 2024
Azərbaycanda istehlak bazarı 4% böyüyüb
13:48
16 may 2024