Kərkükdə terror aktı nəticəsində 6 nəfər həlak olub

Kərkükdə terror aktı nəticəsində 6 nəfər həlak olub
# 24 iyul 2012 20:39 (UTC +04:00)
Bakı-APA. İraqın Kərkük vilayətinin Duz-Hurmatu şəhərində minalanmış motosikletin partlaması nəticəsində kürd kəşfiyyat patrulunun 6 əməkdaşı həlak olub, daha 5 nəfər isə yaralanıb.

Polisin məlumatına görə, həlak olanların hamısı, həmçinin 2 nəfər yaralanmış şəxs kürd kəşfiyyat xidmətinin əməkdaşları olublar.

Bu günlərdə İraqda həyata keçirilən terror aktlarında 107 nəfər həlak olub, 216 nəfər isə yaralanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR