İranda azərbaycanlı şair həbs və pul cəzasına məhkum edilib

İranda azərbaycanlı şair həbs və pul cəzasına məhkum edilib
# 08 iyul 2012 22:49 (UTC +04:00)
APA-nın məlumatına görə, Təbriz Məhkəməsinin 104-cü şöbəsi F. Fəridi Urmiya gölünün qurumasına İran hökumətinin laqeyd münasibətinə etiraz olaraq keçirilmiş aksiyalarda iştirak etdiyi üçün milli təhlükəsizliyi pozmaqda günahlandıraraq, 91 gün azadlıqdan məhrum edib.

Eyni zamanda Təbrizin İnqilab Məhkəməsinin birinci şöbəsi onu mobil telefonundan SMS-lər göndərərməklə yerli sakinləri Urmiya gölü ilə bağlı aksiyalarda iştiraka dəvət etdiyi üçün sistemin əleyhinə təbliğat aparmaq ittihamı vuraraq 1000 ABŞ dolları cərimələyib. Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi də hər iki hökmü qüvvədə saxlayıb.

Qeyd edək ki, F. Fərid 2011-ci il sentyabrında Təbrizdə həbs olunub, 43 gün həbsdə saxlanıldıqdan sonra 100 min ABŞ dolları məbləğində zəmanətlə müvəqqəti azadlığa buraxılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR