Fikrət Əmirovun 90 illik yubileyinə həsr olunmuş gənc ifaçıların respublika müsabiqəsi keçiriləcək

Fikrət Əmirovun 90 illik yubileyinə həsr olunmuş gənc ifaçıların respublika müsabiqəsi keçiriləcək
# 24 may 2012 09:27 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanın orta-ixtisas musiqi məktəblərinin tələbələri arasında Fikrət Əmirovun 90 illik yubileyinə həsr olunmuş gənc ifaçıların respublika müsabiqəsi keçiriləcək. APA-nın Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazir Misir Mərdanov F. Əmirovun əsərlərinin dərindən öyrənilməsini təmin etmək və xüsusi istedada malik gəncləri üzə çıxarmaq məqsədilə əmr imzalayıb. Əmrə əsasən müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunub. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə müsabiqənin yüksək səviyyədə təşkili və keçirilməsini təmin etmələri tapşırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR